Erməni nazir: “Azərbaycanla dost olmalıyıq“

saytların hazırlanması

Evə çatdırılma

Erməni nazir: “Azərbaycanla dost olmalıyıq“

Rəsmi

02 Sentyabr 2021 15:08 2035


"Müharibə vaxtı belə düşmənlə dostluq etmək lazımdır".

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bu qeyri-adi bəyanatı Ermənistanın yüksək texnologiya sənayesi naziri Vahaqn Xaçatryan hökumət iclasından sonra keçirdiyi brifinqdə səsləndirib.

İrəvanın keçmiş meri, ixtisasca iqtisadçı olan Xaçatryan Azərbaycanla barışmaq üçün əsasların olub-olmadığı barədə fikir yürüdüb.

"Həmişə əsaslar var idi. Ermənistanın müstəqil dövlət olaraq yarandığı gündən 30 il əvvəl bu təməllər var idi. İndi də onlar var və biz bundan istifadə etməyi bacarmalıyıq. Layiqli bir sülhə nail olmaq lazımdır", - deyə Xaçatryan qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!