Erməni nazir bu fotolara görə tənqid olundu

saytların hazırlanması

Evə çatdırılma

Erməni nazir bu fotolara görə tənqid olundu

Maraqlı

15 May 2023 16:20 1142


Erməni nazirin paylaşdığı fotolar başına bəla olub. 

Yenisabah.az xəbər verir ki, Ermənistanın Müdafiə naziri Suren Papikyanın Beynəlxalq Analar Günü münasibətilə həyat yoldaşı Armine Muradyan və qızı ilə paylaşdığı foto sosial şəbəkələrin erməni seqmentində tənqidlə qarşılanıb.

Sosial şəbəkə istifadəçiləri nazirin fotosunun şərh bölməsinə onun orduda olan qanunsuzluqları görməməzlikdən gəldiyini yazıblar. İstifadəçilər nazirin ailəsinə göstərdiyi qayğının az bir hissəsini ön cəbhədə olan əsgərlərə də göstərməyi ondan tələb ediblər. Hətta bir kəsim Analar Günündə övladlarını itirən anaların problemlərindən söz açaraq, hakimiyyətin onlarla maraqlanmadığını dilə gətirib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!