Erməni nazir: “Hərbi qulluqçularda smartfon olmamalıdır“

saytların hazırlanması

Evə çatdırılma

Erməni nazir: “Hərbi qulluqçularda smartfon olmamalıdır“

Rəsmi

28 Fevral 2023 13:25 796


"Hərbi qulluqçunun smartfonu olmamalıdır".

Yenisabah.az "Armeniann News"a istinadla xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.

O, Silahlı Qüvvələrdə “dedovşina” və iyrənc əxlaqa qarşı mübarizənin gücləndirilməsinin, onların təkrarlanmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.

Nazir qeyd edib ki, həyəcanverici hallarla mübarizədə ən vacib addım əsl səbəblərin müəyyən edilməsi və qabaqlayıcı həll yollarının görülməsidir.

S. Papikyan hərbi polis komandanlığına hərbi hissələrdə və döyüş mövqelərində qeydə alınmış hər bir halı hərtərəfli araşdırmaq, təkcə ayrı-ayrı intizam epizodlarının deyil, həm də intizamın pozulması hallarına nəzarəti gücləndirməyi tapşırıb.

Müdafiə nazirinin fikrincə, hərbi qulluqçulardan “smartfon” kimi mobil telefonların mövcudluğu qadağan olunmalıdır.

Papikyan qeyd edib ki, yaxın vaxtlarda bu istiqamətdə kardinal addımlar atılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!