Erməni nazir müavini Aİ missiyasını təriflədi

saytların hazırlanması

Evə çatdırılma

Erməni nazir müavini Aİ missiyasını təriflədi

Rəsmi

17 Mart 2023 15:47 1074


"2022-ci il Ermənistan üçün çox dinamik il oldu. Xüsusilə Aİ və İttifaqa  üzv olan ölkələrlə münasibətlər baxımından".

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.

Onun sözlərinə görə, söhbət Brüsselin Cənubi Qafqaz regionunda vasitəçilik səylərindən gedir:

"Bunun parlaq təsdiqi Aİ-nin Ermənistanda monitorinq missiyasının yerləşdirilməsidir".

Ovannisyan bildirib ki, Avropa İttifaqının bu qərarıregionda vəziyyətin sabitləşməsinə, xüsusilə də təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verib:

"Misiyanın səfəri avropalılara mövcud vəziyyəti daha yaxşı başa düşməyə kömək etdi".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!