Erməni nazir müavini də Laçın postuna gəldi

saytların hazırlanması

Evə çatdırılma

Erməni nazir müavini də Laçın postuna gəldi

Rəsmi

28 İyul 2023 16:25 3470


72 saata yaxındır Ermənistan-Azərbaycan sərhədindəki yük maşınları gözləyir. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşri yazır ki, hazırda Avropa İttifaqı mülki missiyasının, habelə əraziyə akkreditə olunmuş diplomatik korpusların nümayəndə heyəti ilə yanaşı, Ermənistanın xarici işlərinin nazirin müavini Vahan Kostanyan və Sünik mərzinin qubernatoru Rubert Qukasyan da ərazidə gözləmə mövqeyindədirlər.

Qəzetin məlumatına görə, Rusiya sülhməramlılarının azərbaycanlı hərbçilərlə danışıqlar aparması hələlik heç bir nəticə verməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!