Ermənistan hökuməti Naxçıvandan Azərbaycana dəmir yolu açılacağı təqdirdə ona nəzarət modelini təqdim edir.
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib.
Bir neçə gün əvvəl Brüsseldəki danışıqlardan sonra Avropa Şurasının prezidenti Şarl Mişel, Naxçıvandan keçən dəmir yolunun işə salınması ilə, Ermənistan və Azərbaycanın Dünya Gömrüklərinə dəstək üçün müraciət etmək barədə razılığa gəldiyini açıqlamışdı.
“Gürcüstanın və Abxaziyanın bu hissəsində eyni tənzimləmə planlaşdırılırdı və ona dünyanın tanınmış şirkətlərindən biri nəzarət etməli idi. Bu, İsveçrə şirkəti idi, lakin bütün dünyada sənədlərinə etibar edilən fransız təşkilatları, bir sıra başqa şirkətlər də var”, - deyə Kerobyan vurğulayıb.
Nazirin sözlərinə görə, bu nəzarət modelinə görə, Abxaziyaya giriş-çıxış zonalarında adıçəkilən şirkətin gömrük funksiyasını əvəz etməli olan yoxlama məntəqələri yerləşdirilməli idi.
Nazir qeyd edib ki, Abxaziyaya münasibətdə bu alət işləməsə də, bu dəmir yoluna nəzarət etmək üçün hansı modeldən istifadə oluna biləcəyi barədə təsəvvür yaradıb: “Ümumiləşdirərək qeyd etmək lazımdır ki, biz təbii ki, istənilən növ infrastrukturun inkişafının tərəfdarıyıq, çünki Ermənistanın bununla bağlı kifayət qədər böyük potensialı var. Baxmayaraq ki, biz infrastruktura böyük sərmayələr qoyuruq, lakin nəzərə alsaq ki, son 30 ildə infrastruktura mütənasib sərmayələr olmayıb və onlar ümumiyyətlə inkişaf etməyiblər, indi böyük investisiyalara ehtiyacımız var. Hökumət isə bütün bu sahələrə böyük sərmayələr qoymağa tələsir və bunu edir”.
Telegram kanalımız