Erməni nazir Zəngəzur dəhlizinin açılacağını bəyan etdi

saytların hazırlanması

Evə çatdırılma

Erməni nazir Zəngəzur dəhlizinin açılacağını bəyan etdi

Siyasət

12 Avqust 2021 21:18 11045


Bölgədə kommunikasiyaların blokadan çıxarılması prosesi inkişaf edərsə, Naxçıvan-Mehri dəmiryolu (Zəngəzur dəhlizi-red) və İcevan vasitəsilə yeni dəmir yolları çəkiləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri Qnel Sanosyan deyib.

Onun sözlərinə görə, nəqliyyat əlaqələri bərpa ediləcəksə, bu, Ermənistanın bütün qonşu ölkələrin xeyrinə olacaq.

“Dəmir yolu xətləri SSRİ vaxtında mövcud olan istiqamətlər üzrə həyata keçiriləcək. Kommunikasiyaların tamamilə blokadan çıxarılmasından sonra hər iki istiqamət (Mehri (Zəngəzur dəhlizi) və İcevan) iqtisadi cəhətdən sərfəli olacaq”, – erməni nazir bildirib./Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!