Erməni nəşri Qarabağda “kadr soyqırımı“ndan yazdı

saytların hazırlanması

Evə çatdırılma

Erməni nəşri Qarabağda “kadr soyqırımı“ndan yazdı

Rəsmi

24 Noyabr 2022 09:56 816


"Qarabağda “kadr qırğını” təşkil olundu". 

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Erməni nəşri qeyd edir ki, “Artsax”ın “dövlət naziri” təyin edilmiş Ruben Vardanyan artıq öz kabinetini formalaşdırır:

“Rusiyalı milyarder kadr məsələlərində tələsməyəcəyini bəyan edib, hər kəsə “öz siyasi mədəniyyətinə uyğunlaşmaq” şansı verəcəyini bildirsə də, dünən Stepanakertdə (Xankəndidə) sürpriz işdən çıxarılmalar baş tutdu”.

Qarabağda hesab edirlər ki, proseslər sürətlə inkişaf edir, habelə Azərbaycan görünməmiş fəallıq nümayiş etdirir və Qarabağ separatçılarına artan çağırışların öhdəsindən gələ biləcək yeni qüvvələr, yeni idarəetmə modelləri lazımdır.

Xatırladaq ki, dünən vəzifədən azad olunan 9 separatçı “nazir”dən 4-ü müvəqqəti olaraq vəzifələrində qalıb: “xarici işlər naziri”, “maliyyə”, “ədliyyə” və “şəhərsalma”.

“Hraparak” əlavə edib ki, tanınmamış “Dağlı Qarabağ”da dünən “xarici işlər naziri” postuna namizədlərin, xüsusən də Vardan Oskanyanın adı tirajlanırdı:

“Baxmayaraq ki, başqa adlar, xüsusilə də Ara Ayvazyanın adı da çəkilir. Hər halda, hələlik yekun qərar yoxdur. Görünən odur ki, yaxın günlərdə yeni təyinatlar olacaq. Bizə məlumat verildi ki, Vardanyan dünən İrəvana gəlib, bu gün Moskvaya yola düşəcək və bəzi düzəlişlərdən sonra yeni kabineti formalaşdıracaq. “Artsax”da güc strukturlarında da dəyişikliklərin olacağını istisna etmirlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!