Ermənilərlə görüş üçün niyə Yevlax seçilib? - “Azərbaycanı Yevlaxa qədər qovmuşuq” deyirdilər”

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərlə görüş üçün niyə Yevlax seçilib? - “Azərbaycanı Yevlaxa qədər qovmuşuq” deyirdilər”

Siyasət

01 Avqust 2023 21:12 4823


Qarabağdakı ermənilərin nümayəndələri ilə görüşün Yevlaxda keçiriləcəyi haqda məlumatlar yayılır.

Yenisabah.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı qeyd edib ki, bu, maraqlı detaldır.

"Ermənistanın I Qarabağ müharibəsində Yevlaxa qədər əraziləri işğal etməyi planlaşdırırdı. Hətta “biz Yevlaxa çatıb Azərbaycanın neft ixracının yolunu kəsməliyik” çağırışları edilirdi. 44 günlük müharibənin ilk günlərində də erməni təbliğat maşını “Azərbaycanı Yevlaxa qədər qovmuşuq” iddiaları irəli sürürdü.

İndi ermənilər Bakının onlara hansı taleyi yazacağını görmək üçün Yevlaxa gəlir. Erməni nümayəndələrin qəbul yerinin Yevlax seçilməsi bu kontekstdə təsadüfə bənzəmir", - o qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!