"Regionun blokadadan çıxarılması prosesi Ermənistanın təhlükəsizliyi, suverenliyi və həyati maraqları bahasına baş tuta bilməz".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaqe Gevorqyan bildirib.
Onun sözlərinə görə, Ermənistanın xarici siyasətinin prioritet istiqamətlərindən biri regionda sülhün və sabitliyin bərqərar olmasıdır.
“Regionun azad edilməsi həm də dinc və qarşılıqlı faydalı birgəyaşayış mühitinin yaradılması üçün əsasdır. Bu baxımdan 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsi vacibdir. Bölgənin blokadadan çıxarılması prosesinin səmərəli həyata keçirilməsi o halda mümkündür ki, bütün iştirakçılar konstruktiv mövqe nümayiş etdirib əməli addımlar atsınlar. Eyni zamanda vurğulanmalıdır ki, bu proses Ermənistanın təhlükəsizliyinə, suverenliyinə və həyati maraqlarına xələl gətirə bilməz”, - deyə nazir müavini qeyd edib.
O əlavə edib: “Üç mərhələli qarşılıqlı fəaliyyət formatları yaradılır. Biz müxtəlif platformalarda, o cümlədən “3+3” formatında regional məsələlərin müzakirələrində iştirak etmək təklifləri almışıq".
Telegram kanalımız