Erməni polisi siyasi fəal Suren Saakayanı ötən gecə yenidən saxlayıb.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, buna səbəb fəalın İrəvanın mərkəzində etiraz əlaməti olaraq çadır qurmaq istəyidir.
Qəzet yazır ki, polis S.Saakyandan başqa, digər bir ictimai-siyasi fəal Vaaqn Minasyanı da həbs edib.
Xatırladaq ki, S.Saaakyan Paşinyan iqtidarına qarşı radikal çıxışları ilə seçilən müxaliflərdən biridir. O, daim Ermənistanın hakim dairələrini sərt tənqid etməklə gündəmə gəlib.
Telegram kanalımız