7 Oktyabr - 00:29
Erməni polkovnikdən şok açıqlama

Erməni polkovnikdən şok açıqlama

Hadisə

22 Sentyabr 2022 07:24 42091


Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən “Yerablur” hərbi qəbirstanlığının sahəsi genişləndirilir. 

Azərbaycan Ermənistan sərhədindəki son toqquşmalarda ölən erməni əsgərlərinin sayı rəsmi elan edilmiş rəqəmlərdən dəfələrlə çoxdur. Xatırladaq ki, sentyabrın 15-də Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında bildirildi ki, 207 erməni əsgəri ölüb, 300-ə yaxın yaralı var, 20 nəfər isə itkin düşüb. “Qovorit Yerevan” erməni teleqram kanalının məlumatına görə, ölən əsgərlərin sayı 400-ə yaxındır.

“5165” hərəkatının üzvü Karin Tonoyan isə yaranan vəziyyətlə bağlı Paşinyan hakimiyyətini günahlandırıb. “Biz torpaqlarımızı itiririk, uşaqlarımızı itiririk, xalqı ayıltmaq üçün belə olmalıdır”, – deyə Tonoyan bildirib.

Bir çox müxalif siyasilər də verilən rəsmi rəqəmlərin real olmadığını bildiriblər.

Bakı Dövlət Universitetinin Erməni araşdırmaları elmi tədqiqat və tədris Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdinin kanalımıza verdiyi açıqlamaya görə, verilən itkilərin çoxluğu barədə dərc olunan məlumatlar Paşinyan iqtidarı tərəfindən silinir. O, Ermənistanın ehtiyatda olan polkovniki Volodya Hovanisyanın itkilərlə bağlı bir neçə gün öncə verdiyi açıqlamanın da silindiyini qeyd edib.

Bu gün isə “Hayeli” adlı yutub kanalında çıxış edən tarix elmləri namizədi, polkovnik Volodya Hovanisyan rəsmi rəqəmlərin real olmadığını bildirib.

Ermənistan ordusunda fərarilik halları da qalmaqdadır. Bu barədə yerli mətbuata Zəngəzur rayonunun kənd icra nümayəndələrindi biri Ruben Manuçaryan deyib. “Bir qrup mülki geyimli şəxs kənd mağazasına yaxınlaşaraq kənddəki vəziyyətlə maraqlanıblar və onlar satıcıdan əhalinin köçürülüb-köçürülmədiyini soruşublar” – deyə, Manuçaryan vurğulayıb.

Erməni mediası təhlükəsizlik orqanlarına təhvil verilən həmin şəxslərin son döyüşlər vaxtı postları qoyub qaçan erməni hərbçiləri olduğunu bildirib.

APA TV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!