Erməni pusqusuna düşən qazinin xilası - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Erməni pusqusuna düşən qazinin xilası - VİDEO

Maraqlı

29 Oktyabr 2023 12:54 698


Baku TV-nin “44 gün” verilişinin yeni buraxılışı efirə gedib. 

Budəfəki buraxılışda Vətən müharibəsi qazisi Nəcməddin Təhməzov öz döyüş yolundan bəhs edib.

44 günlük müharibənin ilk günlərindən cəbhəyə yollanan qazi Horadiz döyüşlərindən danışıb:

“Horadizin yarısını artıq geri almışdıq. Tapşırığa əsasən, həmin istiqamətdə hərəkətə keçməli idik. Hücum zamanı düşmənin pusqusuna düşdük. Bizi atəşə tutmağa başladılar. Orada çox yaralılarımız oldu”.

Qarabağ qazisi xilas olma anından da bəhs edib:

“Mən hərbi texnikada olanda ermənilər mərmi atdı. Ondan sonra huşumu itirdim. 4-5 gün komada olmuşam. Gözümü Beyləqan Rayon Mərkəzi Xəstəxanasında açdım. Əməliyyatdan çıxanda elə bildim ki, yeni doğulmuşam. Zəfər xəbərini də xəstəxanada aldım. O sevinci sözlə ifadə etmək olmur”.

Daha ətraflı süjetdə: 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!