Erməni qadın azyaşlı qıznı soyunduraraq ona dəhşətli işgəncələr verdi

saytların hazırlanması

Evə çatdırılma

Erməni qadın azyaşlı qıznı soyunduraraq ona dəhşətli işgəncələr verdi

Maraqlı

22 Avqust 2023 17:14 1321


Ermənsitanda azyaşlı uşağa qarşı fiziki, psixi və cinsi zorakılıq və digər cinayət əməllərində təqsirləndirilən A.A. adlı şəxs İrəvanın “Abovyan” cəzaçəkmə müəssisəsinə köçürülüb. 

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistanın Ədliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Xatırladaq ki, məlum hadisə sosial şəbəkələrin erməni seqmentində hiddətlə qarşılanmışdı. Belə ki, A.A. adlı qadın yeniyetmə qızının çılpaq videolarını çəkərək onu hədələmiş və qızına qarşı müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdi.

Ermənistan Daxili İşlər Nazirliyinin verdiyi məlumatda isə qeyd olunmuşdu ki, qadın psixotrop maddənin təsiri altında məlum əməli həyata keçirib. Onun narkotik maddə aludəçisi olduğu da qeyd olunmuşdu.

Bildirək ki, yeniyetmə qız anası həbs ediləndən sonra uşaqlar evinə təhvil verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!