Erməni qoşunu geri çəkiləcək və yerinə ruslar yerləşdiriləcək -   İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Erməni qoşunu geri çəkiləcək və yerinə ruslar yerləşdiriləcək - İDDİA

Rəsmi

23 İyun 2021 10:50 1788


Yaxın gələcəkdə Ermənistan və Rusiya arasında Geğarkunik vilayətinin Sotk-Xoznavar hissəsinə rus sülhməramlılarının yerləşdirilməsi barədə razılığın əldə ediləcəyi iddia olunur. Erməni mətbuatının yazdığına görə, bundan sonra erməni qoşunları cəbhə xəttindən  çıxarılacaq.

Yenisabah.az xəbər verir ki, ötən gün brifinq keçirən Ermənistanın Baş qərargah rəisi Artak Davtyan bu iddiaları təsdiqləyib. Azərbaycanın bu məsələyə razılıq verib-vermədiyi ilə bağlı suala isə Davtyan belə cavab verib:

“Bizim ərazimizdə Azərbaycandan soruşacaq bir şeyimiz yoxdur, ancaq problemlər olduğu üçün partiya ilə danışıqlar aparılır. Məqsədimiz Azərbaycan ordu birləşmələrini gərginlik yaşanmadan sərhədə çəkməkdir. Tədbirləri öz ərazimizdə görməliyik. Lazım gəlsə, Rusiya ilə əməkdaşlıq edərik”.

Bildirək ki, erməni mətbuatı Baş qərargah rəisinin bu açıqlamasını suverenliyə təhdid olaraq qiymətləndirib. Ərazinin başqa bir dövlətin sülhməramlılarına əmanət edilməsinin yaxşı nəticələr doğurmayacağı qeyd edilib.

“Sadəcə erməni qoşunu geri çəkiləcək və yerinə ruslar yerləşdiriləcək. Bundan sonra sərhəddə nə baş verəcəyini demək çətindir”, - deyə erməni mətbuatı yazıb.

Qeyd edək ki, sözügedən xəbərdə Nikol Paşinyanın payızda, böyük ehtimalla sentyabrda Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir müqavilə imzalayacağı barədə də məlumatlar əks olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!