Erməni qoyunları Azərbaycan sərhədini keçdi - İddia

saytların hazırlanması

Evə çatdırılma

Erməni qoyunları Azərbaycan sərhədini keçdi - İddia

Maraqlı

19 Yanvar 2024 16:30 1242


Ermənistanın Qərbi Zəngəzur vilayətinin Ərəfsə (Aravus) kənd sakininə məxsus qoyunlar Azərbaycan sərhədini keçib. 

Axar.az xəbər verir ki, bu iddianı Dığ (Tex) kəndinin Ağsaqqallar Şurasının üzvü Masis Zeynalyan səsləndirib. 

“Nə qədər qoyun olduğunu bilmədim, hamısı sərhədə tərəf qaçdı. Çoban onları saxlaya bilmədi”, - Zeynalyan bildirib.

Qeyd edək ki, ermənilər özləri qoyunların sərhədi keçdiyini bildirsə də, erməni mediası bunu həyasızcasına “azərbaycanlıların qoyunları oğurlaması” başlığı ilə yayıb - həm də məlumatın doğru olub-olmadığını təsdiqləyən heç bir rəsmi mənbə olmadan. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!