Erməni sakinlər təşviş və aclıq içində:   Vaxt İrəvanın əleyhinə işləyir - Video

saytların hazırlanması

Evə çatdırılma

Erməni sakinlər təşviş və aclıq içində: Vaxt İrəvanın əleyhinə işləyir - Video

Rəsmi

28 Avqust 2021 14:14 8894


Ermənistanda baş verən özbaşınalıq, hərc-mərcliklər, Paşinyan hökumətinin Azərbaycanla sülh müqaviləsinə imza atmaqdan yayınması ermənilərin sosial durumunun daha da ağır vəziyyətə düşməsinə səbəb olur. 

Bunu “Azadlıq” radiosunun erməni xidmətinin əməkdaşının hazırladığı reportajda daha aydın görmək mümkündür. 

Kənd sakinləri Ermənistanın Kəlbəcərlə sərhədindəki Zərkənd kəndində Azərbaycan əsgərlərinin mövqelərini irəli çəkdiyini, daimi dolanışıq yeri olan maldarlıqla məşğul ola və ot biçə bilmədiklərini qeyd ediblər. Qiymət artımı isə onlara ot almağa imkan vermədini bildiriblər.

Görünən odur ki, Azərbaycanla sərhəddə yaşayan ermənilərin aqibəti Paşinyan hökuməti üçün maraqlı deyil. Əks halda Paşinyan Azərbaycanla sülh müqaviləsini imzalayar və bölgədəki vəziyyətin stabilləşməsinə nail ola bilərdi. Ermənilərin bu vəziyyətdə yaşamasının yeganə səbəbkarı da Ermənistanın hazırkı baş naziri Nikol Paşinyandır. Müddət keçdikcə onların sosial durumunun daha ağır vəziyyətə qalacağı heç kimdə şübhə doğurmur. Qısası, vaxt rəsmi İrəvanın əleyhinə işləyir.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!