Erməni sakinlər: “Zabuxdan təxliyə Azərbaycanın tələbi deyil“

saytların hazırlanması

Evə çatdırılma

Erməni sakinlər: “Zabuxdan təxliyə Azərbaycanın tələbi deyil“

Rəsmi

10 Avqust 2022 15:01 1442


“Zabux, Laçın və Susda yaşayan insanların təxliyəsi Azərbaycan tərəfinin tələbi deyil”.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yerli mənbələrə istinadla məlumat yayıb.

Erməni nəşri əlavə edib:

“Kənd sakinlərinin sözlərinə görə, Azərbaycan bu ərazidə yaşayan 350-yə yaxın erməni sakinin öz yaşayış məntəqələrində yaşamağa davam edəcəyini qəbul etməyə hazırdır. Bir şərtlə ki onlar Azərbaycan vətəndaşı olsunlar və Azərbaycan qanunlarına uyğun yaşasınlar. Məsələn, Kilikiya ərazisində qalan təcrid olunmuş erməni kəndlərinin sakinləri Türkiyədə yaşayırlar. Yəni düşmən dövlətin ərazisində yaşadıqlarını nəzərə alaraq, həmin dövlətin hakimiyyət və qanunlarına tabe olurlar.

Eləcə də 350 sakinə “Artsax”da, yoxsa Ermənistanda yaşamağı seçmək təklif olunub. Onlara seçimləri daxilində dərhal “Artsax”da evlər, yaxud da Ermənistana köçdükləri halda isə mənzil almaq üçün sertifikatlar veriləcək.

Bizə onu da bildirdilər ki, 3 kilometrlik torpaq yolun abadlaşdırılması işlərinə bu gündən başlanılır və Ermənistanla əlaqənin kəsilməməsi üçün yol sentyabrda işlək vəziyyətdə olacaq. Həmin yol ilə Kornidzordan başlayan və bu yaxınlarda çəkilməsinə başlanılan əsas yol isə dəhliz məntiqi ilə işləyəcək. Yəni yol Azərbaycanın nəzarətində olan ərazidən keçsə də, orada Azərbaycan gömrük məntəqəsi olmayacaq, Rusiya sülhməramlıları həmin yolun və buradakı nəqliyyatın təhlükəsizliyini təmin edəcəklər. Əgər Ermənistan tərəfi tikintini gecikdirməsə, 7 kilometrdən 11 kilometrə qədər olan əsas alternativ yol təxminən 250 günə tikiləcək. 9 noyabr 2020-ci il tarixli üçtərəfli sənəddə nəzərdə tutulduğu kimi, bu yol 2023-cü ildə istifadəyə veriləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!