Erməni silahlılarından Ağdam istiqamətində daha bir təxribat cəhdi...

saytların hazırlanması

Evə çatdırılma

Erməni silahlılarından Ağdam istiqamətində daha bir təxribat cəhdi...

Hadisə

17 Sentyabr 2023 08:40 604


Sentyabrın 16-sı saat 22:55-dən 23:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.

Bu barədə “Yeni Sabah”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!