“Ermənistanın bütün tərəfdaşları atəşkəs razılaşmasına bərabər töhfə verib və vəziyyətin düzəlməsində ABŞ böyük rol oynayıb”.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verib ki, bu barədə Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 14-də bəyan edib ki, beynəlxalq ictimaiyyətin iştirakı sayəsində atəşkəs razılaşmasına nail olmaq mümkün olub.
Bu məsələdə əsas aktorların kim olması sualına cavab olaraq Simonyan bildirib:
“Bütün tərəfdaşlar bərabər töhfə verdilər: Rusiya Federasiyası, Fransa Respublikası. Eləcə də dünənki vəziyyətin düzəlməsində Amerika Birləşmiş Ştatlarının böyük rolu olub”.
Milli Məclisin sədri bunu çox xoş qarşılayıb.
Vəziyyətin nə dərəcədə sabit olacağı sualına dönən Alen Simonyan deyib ki, bu barədə heç nə deyə bilməz:
“Biz hər bir ssenariyə hazır olmalıyıq”, - deyə o bildirib.
“Əsas döyüşlər mövqelərin yaxınlığında, hücum mövqelər istiqamətində, dəyişiklik mövqelər hissəsində olub. Vaxt olub ki, bizim tərəfimizdən hansısa mövqelər geri alınıb, vaxt olub ki, onlar hansısa uğura imza atıblar”, - deyə Milli Məclis sədri bildirib.
Telegram kanalımız