Blokadanın aradan qaldırılması və Ermənistanın inkişafı üçün atılan müsbət addımları alqışlayırıq. Ümumiyyətlə, blokadanın ləğvi kontekstində təkcə Şimal-Cənub magistral yolunun deyil, bütün digər yolların da açılması vacibdir.
"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu İranın İrəvandakı səfiri Xəlil Şirqolami bildirib.
"Şimal-Cənub dəhlizinin iki qolu ola bilər: biri Fars körfəzindən Rusiya və Hindistana, digəri isə Qara dənizə.
ABŞ ilə əldə edilən razılaşma ilə bağlı mövqeyimiz çox aydındır. Erməni tərəfdaşlarımıza etibar etdiyimizi bildirmişik, lakin söhbət ABŞ-dən gedir. Onun İrana qarşı atdığı addımlar hamıya məlumdur, ona görə də Amerika tərəfinə etibar etmirik. Narahatıq ki, ABŞ bu layihədən (TRIPP - red.) konkret, hədəflənmiş siyasətin bir hissəsi kimi istifadə edə bilər. Həmçinin, bu narahatlıqları erməni tərəfdaşlarımıza çatdırdıq və onlar bizə Ermənistanın heç vaxt İran üçün təhdid mənbəyinə çevrilməyəcəyinə zəmanət verdilər. Layihənin əhatə dairəsini anlamaq üçün əlaqələri və müzakirələri davam etdirmək barədə razılığa gəldik".
Telegram kanalımız