“Erməni təxribatı davam etsə, cavabımız çox sərt olacaq” -   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Erməni təxribatı davam etsə, cavabımız çox sərt olacaq” - AÇIQLAMA

Siyasət

28 May 2021 19:11 1067


Ermənilərin Naxçıvan və digər istiqamətlərdə təxribatlar tərtməsi ölkədəki hakimiyyətsizlik və ordudakı özbaşınalıq kimi dəyərləndirilir. Hazırda Ermənistanda siyasi böhran pik həddə çatıb. Seçkiyə gedən siyasi qüvvələr müxtəlif yollarla sadə insanların könlünü almağa çalışır. Çünki Azərbaycanın öz gücünə torpaqlarını işğaldan azad etməsi Ermənistanın gündəliyini dəyişib.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Ermənistanda bəzi qüvvələr revanşist addımlar atmaqla və bəyanatlar səsləndirməklə hakimiyyətə gələcəklərini düşünür:

"Onlar bilməlidirlər ki, Dəmir yumruq yerindədir. Ermənistan tərəfindən atılacaq hər bir təxribatln qarşısı ciddi şəkildə alınacaq. Bundan sonra erməni tərəfi təxribat xarakterli hərəkətlərə davam etsə, son şansını itirmiş olacaq”.

Azər Badamova görə, erməni təxribatına cavab olaraq Azərbaycanın növbəti reaksiyası daha sərt olacaq və heç bir havadarı onu xilas edə bilməyəcək:

“Ermənilərin təxribatlarına qarşı heç bir dözümlülük olmayacaq və qarşılığını layiqli formada alacaqlar. Çünki bundan sonra ermənilərin nazını çəkməyə nə zamanımız, nə də ki, səbrimiz var".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!