Erməni toyunda azərbaycanlı aşpazın bu hərəkəti erməniləri qorxuya saldı   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Erməni toyunda azərbaycanlı aşpazın bu hərəkəti erməniləri qorxuya saldı - Foto

Maraqlı

18 Noyabr 2023 10:10 951


Rusiyada keçirilən erməni toylarının birində azərbaycanlı aşpazın hərəkəti erməniləri qorxuya salıb. 

Yenisabah.az Bizim.Media-ya istinadən xəbər verir ki, buna səbəb 22 oktyabr tarixində Moskvada “Triumf” restoranında erməni toyunda aşpaz Qədir İsgəndərzadənin şah plovu məclisə geyindiyi uniformanın qol hissəsində Azərbaycan bayrağını əks etdirən xəritə ilə təqdim etməsi olub. 

Həmin an çəkilən görüntülər sosial şəbəkədə yayılaraq erməni izləyicilərin qəzəbinə səbəb olub. 

Onlar “Yeni mövsümdə əziz ermənilər, restoran seçərkən ehtiyatlı olun”, “Ya xalq olaraq bir araya toplaşmalıyıq, ya da ki, tezliklə heç nə olmamış kimi, Ermənistanda Azərbaycan bayrağı altında Azərbaycan plovu yeyəcəyik” deyə şərhlər yazıblar. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!