Erməni və Azərbaycan hərbçiləri arasında dava olub? - İddia

saytların hazırlanması

Evə çatdırılma

Erməni və Azərbaycan hərbçiləri arasında dava olub? - İddia

Hadisə

01 Aprel 2023 10:00 6248


Ermənistan-Azərbaycan tərəflərinin nümayəndələri arasında danışıqlar dünən Rusiyanın sülhməramlı qoşunlarının nümayəndələrinin iştirakı ilə Tex (Dığ) kəndinin sərhəd bölgəsində baş tutub.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Erməni nəşri yazır ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan da ötən gün həmin kənddə olub:

“Onlar azərbaycanlıları ötən gün tutduqları mövqelərdən ilkin razılaşmaların olduğu hissəyə qədər bir az geri çəkilməyə inandırmağa çalışıblar. Lakin danışıqlar nəticəsiz qalıb və Azərbaycan silahlı qüvvələri Tex kəndindən bir neçə metr aralıda yerləşən bağlarda möhkəmlənməkdə davam edir. Ümumiyyətlə, azərbaycanlılar ermənilərdən fərqli olaraq, əldə etdikləri nailiyyətlərdən heç vaxt könüllü imtina etməyiblər”.

Qəzet eyni zamanda iddia edib ki, dünən erməni və azərbaycanlı hərbçilər arasında əlbəyaxa dava olub:

“Baxmayaraq ki, 2020-ci ildən sonra Tex kəndinin ərazisində heç bir erməni mühafizəçisi yerləşdirilməyib. Burada yalnız bir-iki rus sülhməramlısı mövcuddur. Dünəndən etibarən isə Müdafiə Nazirliyi gecikmiş addımlar ataraq, onlarla əsgəri həmin əraziyə yerləşdirib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!