Erməni və azərbaycanlı ekspertlərin görüşü - Xüsusi nümayəndədən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Erməni və azərbaycanlı ekspertlərin görüşü - Xüsusi nümayəndədən açıqlama

Rəsmi

01 İyul 2022 14:44 1136


"İyunun 29-30-da Avropa İttifaqının (Aİ) dəstəyi ilə 40-dan çox erməni və azərbaycanlı mütəxəssis dəyirmi masa görüşü keçirib. Gürcüstanın Kaxreti şəhərində tərəflər dinc Cənubi Qafqazın gələcəyinin mümkün ssenarilərini müzakirə ediblər".

Yenisabaha.az xəbər verir ki, bu barədə commonspace.eu saytında məlumat yerləşdirilib.

"Müzakirələrdə iqtisadiyyat və kommunikasiyalar, təhlükəsizlik, idarəetmə və mədəniyyət siyasəti sahəsində məsələlərə toxunulub. Tərəflər həmçinin ermənilər və azərbaycanlılar arasında uzunmüddətli sülhün üzləşdiyi çoxsaylı problemlərin həlli perspektivlərini yaxşılaşdırmaq üçün milli hökumətlər, vətəndaş cəmiyyəti və xarici aktorlar tərəfindən atılacaq mümkün addımları qiymətləndiriblər.

Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Aİ-nin dayanıqlı dünya”ya davamlı sadiqliyini bir daha təsdiqləyib.

O, etiraf edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı müzakirələr çoxsaylı çağırışlar və şiddətli emosiyalarla müşayiət olunur.

Xüsusi Nümayəndə tərəflərin dialoq qurmaq, etimad yaratmaq və təkcə Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşmasına deyil, həm də bütövlükdə Cənubi Qafqazın sülh və firavan gələcəyinə mane olan köklənmiş hekayələrə qarşı çıxmaq səylərini davam etdirmək əzmini alqışlayıb", - deyə məlumatda qeyd olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!