“Erməni xalqının bədbəxtçliyi ondadır ki...” – İlham Əliyev + Video

saytların hazırlanması

Evə çatdırılma

“Erməni xalqının bədbəxtçliyi ondadır ki...” – İlham Əliyev + Video

Siyasət

30 Sentyabr 2020 16:40 1481


“Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərlərinin çirkin əməllərinin girovuna çevrilməsinlər”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə deyib. 

Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun Ermənistanın təxribatlarına cavab olaraq başlatdığı əks-hücum əməliyyatına toxunan İlham Əliyev bildirib ki, Azərbaycan əsgəri öz torpağında vuruşur. 

“Erməni xalqına müraciət edirəm ki, öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Biz öz torpağımızda vuruşuruq. Artıq 4-cü gündür davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri və yaşayış məntəqələrini azad edib. 

Uzun fasilədən sonra biz öz tarixi torpaqlarımıza qayıtmışıq. Heç kim bizi bu torpaqlardan çıxara bilməz. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik. Erməni xalqı bunu anlamalıdır. Erməni xalqı anlamalıdır ki, 30 il başqa dövlətin torpağını zəbt etmək, oradakı bütün binaları dağıtmaq, Azərbaycan xalqına qarşı soyqırım törətmək, 1 milyondan çox insanı yurd-yuvalarından didərgin salmaq cinayətdir. 

Biz tarixi ədaləti bərpa edirik. Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki, azərbaycanlıların burada əsrlərlə yaşadığını, qurub yaratdığını görəsən. Bizim müqəddəs ocağımız Şuşa şəhəri azərbaycanlılar tərəfindən tikilib. Bizim işimiz haqq işidir. Biz ərazi bütövlyümüzü bərpa etmək istəyirik. Buna haqqımız çatır, bunu edirik və edəcəyik”, - deyə dövlət başçısı bəyan edib.

İlham Əliyev bildirib ki, erməni xalqı sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etsin. “Erməni xalqının bədbəxtçliyi ondadır ki, ona quldur rejim rəhbərlik edib. Əminəm ki, erməni xalqı sözlərimi düz başa düşəcək. Bizim erməni xalqı ilə işimiz yoxdur. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycanda müxtəlif millətlərin nümayəndləri, o cümlədən minlərlə erməni yaşayır. Onlara bizim sözümüz yoxdur. Onlar bizim vətəndaşdır”, - deyə Prezident qeyd edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!