Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Ermənilər anklavları qaytarmalıdır” - Açıqlama 
03 Dek 2021 17:37
3518

“Ermənilər anklavları qaytarmalıdır” - Açıqlama 

Ötən gün Moskvada Rusiya-Azərbaycan-Ermənistan Baş nazir müavinlərinin iştirakı ilə keçirilən görüş yarımçıq qalıb. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan buna görə Azərbaycanı günahlandırıb. Onun sözlərinə görə, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı müəyyən şərtlər irəli sürməsi görüşün pozulmasına səbəb olub.

Yenisabah.az-ın suallarını cavablandıran “Azərbaycan Politoloqlar Klubu”nun rəhbəri, siyasi şərhçi Nadir Şəfiyev bildirib ki, bu görüşün pozulması, əslində, heç bir tərəfin marağında deyil:

“Bu üçüncü qüvvələrin marağındadır və “üçüncü qüvvələr” dedikdə, nə qədər paradoksal görünsə də, biz Qərbi nəzərdə tuturuq. Amma bu, Qərbin də xeyrinə deyil. Ola bilsin ki, Qərbdə ermənilərdən istifadə edən, onlardan yararlanan hansısa bir var. Çünki bütövlükdə, Zəngəzur dəhlizinin açılması, əslində, Qərbə də xeyir verir.

Azərbaycan Prezidenti ilk gündən bəyan edib ki, Zəngəzur dəhlizi açılacaq, vəssalam. Dəfələrlə erməni siyasətçiləri də “Zəngəzur dəhlizi” ifadəsini işlədiblər. Üçtərəfli bəyanatın faktiki qarantı Rusiya və onun prezidentidir. O da məhz “dəhliz” sözünü işlədib, “dəhliz açılacaq” deyib və ümumən bunu kommunikasiyaların açılması kimi səsləndirib”.

Politoloq onu da vurğulayıb ki, hazırda ermənilər başqa bir məsələdən yapışıblar:

“Bu məsələ nə ilə bağlıdır? Deməli, üçtərəfli müqavilədə konkret olaraq, “Zəngəzur dəhlizi” sözü yoxdur. Bax, bu kəlməni əllərində bayraq edib ortalığa düşüblər. İstənilən siyasətçidən, istənilən politoloqdan və istənilən iqtisadçıdan soruşsanız, onlar da söyləyər ki, adətən belə hallarda qalib tərəf öz şərtlərini diktə edir.

Azərbaycan faktiki olaraq, qeyri-adi şərtlər irəli sürmür. İlk gündən Azərbaycan Prezidenti bildirib ki, Laçın koridoru açılır və bunun müqabilində biz də Zəngəzur dəhlizi əldə edərək Naxçıvan və Türkiyəyə çıxış imkanına sahib oluruq. Bu dəhlizdən Ermənistan da istifadə edəcək və Rusiya ilə yanaşı, İranla da əlaqələrini daha da genişləndirəcək və bütövlükdə çıxış olacaq”.

N. Şəfiyev qeyd edib ki, sadəcə olaraq, ermənilər həmişə olduğu kimi, baş qatırlar:

“Bildiyiniz kimi, kommunikasiyalar hazırda ən prioritet mövzu kimi, ortaya atılıb. Çünki bu Rusiyanın super maraqlarına xidmət edir. Ona görə ki, Rusiya bu vasitə ilə nəhayət ki, Yaxın Şərqə bir başa yol əldə edir. Çünki tarixən heç vaxt Rusiyada belə bir şey olmayıb. Tarixdə ilk dəfə olaraq, Rusiya Yaxın Şərqlə əlaqə əldə edir və bu da Rusiya üçün böyük maraq kəsb edir. Düşünürəm ki, bu da həmin məqamdır ki, ermənilər, əslində, Qərbdəki havadarlarının fitvası ilə Rusiyanın işini burada tormozlayırlar”.

“Eyni zamanda bu məsələlərdə delimitasiya və demarkasiya məsələləri də paralel olaraq, müzakirə olunmalıdır. Amma burada bir başqa məsələ isə, hazırda Ermənistanın nəzarətində olan bir neçə Azərbaycan kəndlərinin varlığıdır. Onlar bu əraziləri – anklavları qaytarmalıdırlar. Bununla da, ermənilər baş qatmaq istəyirlər və o torpaqları geri qaytarmaq istəmirlər. Yəni qısacası, ermənilər, əslində, öz pozucu fəaliyyətinə başlayır. Burada başqa bir şey yoxdur”,  - deyə ekspert fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV

  • Samir Kamilo
    Samir Kamilo
    Laçın dəhlizin bağlayın görün necə razı olacaqlar.
    2 months ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər