Ermənilər öz bayraqlarını Kolumbiyanınkı ilə səhv saldılar - Biabır oldular

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər öz bayraqlarını Kolumbiyanınkı ilə səhv saldılar - Biabır oldular

Şou

06 Oktyabr 2020 12:49 2534


Ermənilər öz bayraqlarını Kolumbiyanınkı ilə səhv salaraq, bütün dünyada özlərini biabır ediblər.

Yenisabah.az xəbər verir ki, məşhur ispaniyalı aktrisa və model Penelopa Krus rol aldığı yeni “355” filminin üz qabığının şəklini özünün “Instagram” hesabında yayımlayıb. Əsas fotoda Penelopa Kolumbiya bayrağının qarşısında dayanır.

Erməni sosial media istifadəçiləri isə bayrağı səhv salaraq aktrisanın Qarabağdakı döyüşlərlə əlaqədar Ermənistana dəstək mesajı göndərdiyini düşünüblər və şəklin altında heyranlıq dolu şərhlər dərc etməyə başlayıblar. pizza

Belə görünür ki, bəzi ermənilər nəinki ölkələrinin tarixini bilmirlər, hətta öz bayraqlarını belə tanımırlar. Aktrisanın azərbaycanlı abunəçiləri ermənilərə səhvlərini göstəriblər.

Penelopa Krusun rol aldığı “355” filminə gəldikdə isə burada beş qadının güclü silahlara sahib qlobal təşkilata qarşı mübarizəsindən bəhs olunur. Filmin qəhrəmanları “355” kod adlı bir qrup yaradaraq dünyanı tam xaosa qərq olmaqdan qurtarmağa çalışırlar. Filmdə baş rolları Sebastyan Stan, Cessika Çesteyn, Lupita Nionqo, Dayan Kruger, Penelopa Krus oynayırlar.

Filmin 2021-ci ildə ekranlara verilməsi planlaşdırılır. Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!