Ermənilər türk və Azərbaycan radiolarına qulaq asır

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər türk və Azərbaycan radiolarına qulaq asır

Şou

28 Oktyabr 2021 11:12 917


"Ermənilər Azərbaycan  və Türkiyə radiolarını dinləyirlər". 

Yenisabah.az xəbər verir  ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Nəşrin məlumatına görə, bu  hal İkinci Qarabağ müharibəsindən əvvəl də yaşanıb.  pizza hut

"Ermənistan ərazisində, eləcə də İrəvanda radiotezliklərdə türk kanalları peyda olub. Üstəlik, bir sıra bölgələrdə Türkiyədən başqa, Azərbaycan kanalları da yayımlanmağa başlayıb. Yeri gəlmişkən, vətəndaşlar 44 günlük müharibədən sonra Türkiyə və Azərbaycan radio kanallarının Ermənistan ərazisində peyda olmasından danışmağa başlayıblar.

Ermənistan Yüksək Texnologiyalar Nazirliyinin “Respublika Telekommunikasiya Mərkəzi”nin baş direktor müavini Samvel Arutyunyan bu məsələyə toxunaraq bildirib:  

“Sadəcə olaraq bununla mübarizə apara bilmərik. Tez-tez deyirlər ki, bir neçə səsboğucu quraşdırmalıyıq. Ermənistan Avropa Yayım Birliyinin üzvüdür, mülki sahədə fəaliyyət göstərən radio şəbəkələrində fasilələr yaratmamağa borcludur". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!