Ermənilərin təyyarəmizi vurması xəbəri yalandır
01 Okt 2020 12:14
1145

Ermənilərin təyyarəmizi vurması xəbəri yalandır

Ermənistan mətbuatında guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması və İran ərazisinə düşməsi barədə yayılan məlumatlar yalandır və əsassızdır.

“Yeni Sabah” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib: "Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması məlumatı yalandır. Bildiririk ki, Hərbi Hava Qüvvələrimizə məxsus bütün aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər