Ermənipərəst deputat korrupsiyaya görə həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Ermənipərəst deputat korrupsiyaya görə həbs olundu

Dünya

12 Dekabr 2022 09:37 840


Yunanıstan parlamentinin deputatı, Avropa Parlamentinin sabiq vitse-prezidenti Eva Kaili həbs olunub.

Yenisabah.az xəbər verir ki, “greekcitytimes.com” saytı bu barədə “L’Echo” və “Soir” qəzetlərinə istinadən hadisənin detallarını yazıb.

Məlumata görə, E.Kaili Belçikanın federal prokurorluğu tərəfindən həbs edilmiş 4 nəfərlik qrupun tərkibində saxlanılıb. O, çirkli pulların yuyulması, korrupsiya və mütəşəkkil cinayətkar qruplaşmanın fəaliyyətində iştiraka görə həbs olunub. pizza sifarişi

“Siyasi və strateji post tutan şəxslər barədə parlamentin fəaliyyətinə və qərarlara təsir göstərmək məqsədilə böyük miqdarda rüşvət və bahalı hədiyyələrin alınması ilə bağlı əsaslı şübhələr var”, - Brüssel prokurorluğunun açıqlamasında qeyd olunub.

Onun üzvü olduğu Yunanıstanın müxalif "PASOK-KİNAL" bloku da hadisəyə münasibət bildirib. Partiyanın fəaliyyətinə kölgə salan və xələl gətirən hərəkətlərə qarşı güzəşt edilməyəcəyi vurğulanıb.

Qeyd edək ki, Eva Kaili ermənipərəst mövqeyi və Azərbaycana qarşı qərəzli yanaşması ilə yadda qalan avroparlamentarilərdən biri olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!