Ermənistan Aİİ-yə ödədiyindən 144 milyon dollar az geri alıb

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Aİİ-yə ödədiyindən 144 milyon dollar az geri alıb

Dünya

07 Avqust 2026 16:24 87


Ötən il Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) gömrük rüsumları fonduna 319 milyon dollar ödəsə də, təşkilatdan ölkəyə qaytarılan məbləğ cəmi 175 milyon dollar təşkil edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının toplantısında bildirib.

Ölkəsinin qurum qarşısındakı bütün öhdəliklərə tam riayət etdiyini deyən Paşinyan, 2025-ci ilin nəticələrinə diqqət çəkib. O qeyd edib ki, hesabata əsasən Aİİ üzvlərindən Ermənistana edilən idxal 5 milyard dollar, əks istiqamətdə reallaşan ixrac isə 3,2 milyard dollar olub. Baş nazir çıxışında vahid ticarət məkanında sərbəst dövriyyəyə çətinlik yaradan inzibati maneələrin tezliklə aradan qaldırılmasının əhəmiyyətini vurğulayıb. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!