Ermənistanın Müdafiə nazirliyi eerməni əsgərinin Azərbaycan ərazisinə keçməsini təsdiqləyib.
Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Müqaviləli hərbi qulluqçu, Ermənistan Silahlı Qüvvələrinin “N” hərbi hissəsinin əsgəri A. Katanyan, 8 iyun tarixində duman ucbatından səmti itirərək Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçib”. pizza hut
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti A. Katanyanın təxribatçı olmadığını bildirib.
Telegram kanalımız