Ermənistan Baş Prokurorluğu "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanın toxunulmazlığının ləğv edilməsi barədə Mərkəzi Seçki Komissiyasına (MSK) vəsatət göndərib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" saytı məlumat yayıb.
MSK vəsatətin hansı cinayət işi çərçivəsində təqdim olunduğunu açıqlamayıb. Bildirilir ki, iyunun 26-da Konstitusiya Məhkəməsi siyasi qüvvələrin iyunun 7-də keçirilmiş parlament seçkisinin nəticələrinə etiraz edən müraciətlərini müzakirə etdikdən sonra bu məsələyə baxıla bilər. pizza
MSK-nın rəsmi məlumatına görə, "Çiçəklənən Ermənistan" partiyası 58 287 səs (3.98%) toplayaraq qanunla müəyyən edilmiş dörd faizlik keçid baryerini aşa bilməyib./Oxu.az
Telegram kanalımız