“Ermənistan Cənubi Qafqazda davamlı sülh və sabitliyə ən böyük maneədir” - Ərdoğan
22 Sen 2020 20:23
311

“Ermənistan Cənubi Qafqazda davamlı sülh və sabitliyə ən böyük maneədir” - Ərdoğan

“İyul ayında Azərbaycan ərazilərinə hücum edən Ermənistan Cənubi Qafqazda davamlı sülh və sabitliyə ən böyük maneə olduğunu bir daha sübut etdi”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının videoformatda keçirilən sessiyasında səsləndirib. 

Regiondakı münaqişələrdən söz açan Türkiyə lideri bildirib:

“Bölgədəki münaqişələrin, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi, Birləşmiş Millətlər Təşkilatı və ATƏT-in qətnamələri ilə mümkün qədər tez həll olunmasının tərəfdarıyıq”.  /Oxu.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər