Ermənistan da Azərbaycan-Türkiyə enerji əməkdaşlığının bir hissəsi ola bilər

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan da Azərbaycan-Türkiyə enerji əməkdaşlığının bir hissəsi ola bilər

Dünya

20 Fevral 2026 16:23 293


Ermənistanla normallaşma prosesinin iqtisadi münasibətlərə də öz təsirini göstərəcəyinə ümid edirik.

"Yeni Sabah" xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

Nazir normallaşma prosesini bu baxımdan dəstəklədiklərini bildirib. pizza sifarişi

Alparslan Bayraktar Ermənistanın da Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığının bir hissəsi ola biləcəyini qeyd edib.

“Əslində, normallaşma iqtisadi münasibətlərin də nizamlanmasını nəzərdə tutur. Enerji sahəsində əməkdaşlığı inkişaf etdirə və bu istiqamətdə mövcud imkanlardan yararlana bilərik. Ümid edirəm ki, bu proses hər kəs üçün faydalı şəkildə davam edəcək”, – nazir vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!