7 İyul - 02:53
Ermənistan mətbuatı Şahin Mustafayevdən yazdı: “Erməni dilini yaxşı bilir”

Ermənistan mətbuatı Şahin Mustafayevdən yazdı: “Erməni dilini yaxşı bilir”

Digər

25 May 2022 10:37 6374


Dünən - mayın 24-də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət komissiyalarının ilk görüşü keçirilib. 

Tərəfləri Dövlət komissiyalarının sədrləri qismində Baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryan təmsil ediblər.

Modern.az xəbər verir ki, Ermənistanın bəzi KİV-ləri Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin personasına xüsusi diqqət ayırıb, onun tərcümeyi-halını dərc ediblər.

Məsələn “Hraparak” qəzeti Şahin Mustafayevin Ermənistanda doğulduğunu və orada orta məktəbə getdiyini xüsusi qeyd edib.

Mustafayevlər ailəsinin Noyemberyanın Cucevan kəndində yaşamış yeganə azərbaycanlı ailə (?) olduğunu vurğulayan qəzet onun atasının heyvandarlıqla məşğul olduğunu da xatırladıb.

“Şahin Mustafayev erməni dilində yaxşı danışa bilir, erməni tarixini və erməni diasporunu yaxşı bilir”,-deyə “Hraparak” Azərbaycan Baş nazirinin müavini haqda qeyd edib.

“Təəccüblüdür ki, prosesin uzun sürəcəyi, sülh sazişi və demarkasiya işlərinin illər çəkəcəyi ilə bağlı bəzi proqnozlara baxmayaraq, Brüsseldən cəmi iki gün sonra, mayın 24-də sərhəddə komissiya sədrlərinin tələsik görüşü təşkil olundu. Görünən odur ki, Azərbaycan tələsir və Ermənistan tərəfinin prosesi dayandırmağa nə istəyi, nə də imkanı var”, - qəzetin dünənki görüşlə bağlı şərhində bildirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!