Ermənistan Qarabağdan imtina edib- Erməni nəşrindən SENSASİON YAZI

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Qarabağdan imtina edib- Erməni nəşrindən SENSASİON YAZI

Siyasət

22 Mart 2022 17:55 12737


Ermənistan Qarabağdan tamamilə imtina edib. Bunu “Joqovurd” qəzeti yazır. Azərbaycanın davamlı olaraq Ermənistanın sülh danışıqlarına vadara etməsi erməni cəmiyyətində  birmənalı qarşılanmayıb. Erməni mediası 5 təklif içərisində Qarabağa aid bir cümlə olmadığını bildirir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə, münasibətlərin normallaşması baxımından Ermənistana təqdim olunan 5 bənddə qəbuledilməz heç nə yoxdur.

“Joqovurd” qəzeti 5 təklifin nədən ibarət olduğunu yazmasa da, rəsmi İrəvanın Bakı qarşısında aciz qaldığını qeyd edib:”İndiki vəziyyətdə Cənubi Qafqazda güc Azərbaycandadır. Bu regionda indi güc kimi Rusiya da Azərbaycanla hesablaşır. Məhz bu səbəbdən rəsmi İrəvan deyilən bütün təkliflə razılaşmalıdır. Çünki əgər yeni müharibə başlasa Azərbaycan Ermənistanı çox ağır cəzalandıracaq. Elə bu nüans  Ararat Mirzoyanın çıxışında da hiss olunurdu.”- nəşr yazıb.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə,” Azərbaycanın irəli sürdüyü beş bənddə qəbuledilməz heç nə yoxdur. Ararat Mirzoyanın bir-birinin ərazi bütövlüyünü tanımaqla nə demək istədiyini öyrənmək qalır. Bir sözlə Qarabağ Azərbaycan ərazisidir və biz razılaşmışıq”. \\Alp.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!