YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Ermənistan üçtərəfli bəyanatı pozur - Ceyhun Bayramov 

Ermənistan üçtərəfli bəyanatı pozur - Ceyhun Bayramov 

Siyasət

24 Noyabr 2022 17:53 399


"Ermənistanın postmünaqişə dövründə hərəkətləri münasibətlərin normallaşmasına vurulan ən ciddi zərbədir".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. 

“Ermənistan üçtərəfli bəyanatın fundamental prinsiplərini pozur. Həmin prinsiplər sırasında yer almış bütün erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması öhdəliyi hələ də yerinə yetrilməyib. Avqust ayından bəri Azərbaycan ərazilərində 2700-ə yaxın Ermənistan istehsalı minalar aşkar olunub ki, bu minalar 2021-ci ildə istehsal edilib",  - XİN başçısı bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!