Ermənistan və Fransa strateji tərəfdaşlıqla bağlı birgə bəyannamə imzaladılar

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan və Fransa strateji tərəfdaşlıqla bağlı birgə bəyannamə imzaladılar

Siyasət

05 May 2026 18:27 93


Ermənistan və Fransa strateji tərəfdaşlığın qurulması ilə bağlı birgə bəyannamə imzalayıblar.

"Yeni Sabah" xəbər verir ki, sənədə Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron imza atıblar.

Sövdələşmə Makronun Ermənistana rəsmi səfəri çərçivəsində baş tutub.

Məlumata görə, bu, İrəvan və Paris arasında uzun illərdir davam edən münasibətlərdə imzalanan ilk belə sənəddir.

Bundan əlavə, Ermənistan və Fransa süni intellekt, kibertəhlükəsizlik və yarımkeçirici texnologiyaların inkişafı sahələrində əməkdaşlıq müqavilələri imzalayıblar.

Həmçinin hərbi texnologiyaların inkişafı və müdafiə sistemləri üzrə tədqiqatlar sahəsində əməkdaşlıq, eləcə də hərbi geyimlərin təchizatı ilə bağlı müqavilələrə də imza atılıb.

Tərəflər həmçinin sərnişin helikopterlərinin tədarükü, Ermənistan aviaşirkətinə iki "A321-200NX" təyyarəsinin satışı və Ermənistanın cənubunda Bərguşat tunelinin tikintisi barədə razılığa gəliblər.

İki ölkə arasında kredit, iqtisadi və mədəni əməkdaşlığa dair bir sıra sənədlər də imzalanıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!