Ermənistana 17 vaqon dizel göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistana 17 vaqon dizel göndərildi

İqtisadiyyat

21 İyun 2026 11:47 164


Azərbaycandan Ermənistana 17 vaqon (1000 ton) dizel yanacağı göndərilib.

"Yeni Sabah" xəbər verir ki, bunula bərabər, Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti yük daşınması həyata keçirilib.

Bu gün 18 vaqondan ibarət, ümumi çəkisi 1260 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb. pizza

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub, habelə Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 32 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Martın 5-də 1 984 ton dizel yanacağı yüklənmiş 31 ədəd vaqondan və 135 ton gübrə yüklənmiş 2 vaqondan ibarət qatar Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Bundan başqa, aprelin 11-də Azərbaycandan Ermənistana göndərilən 887 ton dizel göndərilib.

Mayın 9-da Azərbaycandan Ermənistana 8 vaqon (479 ton) yanacaq (dizel) yola salınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!