Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

saytların hazırlanması

Evə çatdırılma

Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

İqtisadiyyat

28 Avqust 2026 16:14 91


Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

"Yeni Sabah" xəbər verir ki, 6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 280 ton olan arpa 28 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 54 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 334 ton taxta göndərilib. Toyuqlu pizza

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!