"Son zamanlar İran xarici bazarlara ümumiyyətlə dizel yanacağı və benzin satmır, ona görə də Ermənistana dizel yanacağı və benzinin böyük hissəsi Rusiyadan gəlir".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistanın Rəqabətin Müdafiəsi Komissiyasının sədri Qeqam Gevorqyan bildirib.
Onun sözlərinə görə, İrandan Ermənistana dizel yanacağı tədarük edənlərin sayı vaxtaşırı dəyişir.
Gevorqyan qeyd edib ki, dizel yanacağının qiymətlərinə təkcə dolların məzənnəsi təsir etmir, bütün dünyada dizel yanacağının birja qiyməti xeyli artıb.
“Hazırda bu sahədə heç bir problem görmürəm. Əgər onları görsəydik, cinayət işi açardıq”, - deyə Gevorqyan vurğulayıb.
Telegram kanalımız