Ermənistanda bir gündə 322 nəfərdə koronavirus aşkarlandı
22 May 2020 13:23
233

Ermənistanda bir gündə 322 nəfərdə koronavirus aşkarlandı

Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 322 nəfər artaraq 5928-ə çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son sutkada daha 4 nəfər pandemiya səbəbilə həyatını itirib. Beləliklə, Ermənistanda koronavirusdan ölənlərin sayı 74-ə çatıb.

Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddəti 13 iyuna qədər uzadılıb.

Oxşar xəbərlər