Ermənistanda bir gündə 335 nəfərdə koronavirus aşkarlandı
21 May 2020 10:57
253

Ermənistanda bir gündə 335 nəfərdə koronavirus aşkarlandı

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 335 yoluxma halı qeydə alınıb.

Yenisabah.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

Baş nazir ölkədə koronavirusdan daha 3 ölüm halının baş veridiyini açıqlayıb. 

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 5 606-ya, pandemiyadan ölənlərin sayı isə 70-ə çatıb.

Oxşar xəbərlər