Ermənistanda bir gündə 460 nəfər koronavirusa yoluxdu
29 May 2020 12:53
192

Ermənistanda bir gündə 460 nəfər koronavirusa yoluxdu

Ermənistanda koronavirusdan ölənlərin sayı 120 nəfərə çatıb. yoluxanların sayı 8 676 nəfərə çatıb.

Yenisabah.az xarici mediaya əsasən xəbər verir ki, son sutka ərzində 460 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Ümumiyyətlə 8 676 nəfər virusa yoluxub.

Ötən gün 7 nəfərin ölümü qeydə alınıb. 5 259 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Oxşar xəbərlər