7 İyul - 02:00
Ermənistanda polis zorakılığı: 20 fakt üzrə cinayət işi başlandı

Ermənistanda polis zorakılığı: 20 fakt üzrə cinayət işi başlandı

Bölgə

27 May 2022 10:46 520


“Kütləvi itaətsizlik aksiyaları başlayandan indiyədək Ermənistan Respublikası Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə və Ermənistan MTX-nin İstintaq Departamentinə müvafiq polis əməkdaşlarının iddia edilən qanunsuz hərəkətləri ilə bağlı 38 şikayət daxil olub”.

Yenisabah.az xəbər verir ki, bu barədə“Joğovurd” qəzeti yazıb.

Erməni nəşri mövzunu belə davam etdirib:

“Xüsusən də polisə tabesizlik aksiyaları başlayandan indiyədək polisin əməlləri ilə bağlı nə qədər şikayət daxil olduğunu, kimlər tərəfindən, hansı prosesə başlandığını, neçə işin və hansı hallarda başlandığını sorğu vasitəsilə öyrənməyə çalışdıq.

Həmin 38 şikayətdən 20-si üzrə cinayət işinin başlanması, 10-u üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarılıb, 8 protokol əsasında materiallar isə hələ də hazırlanır.

Prokurorluq sorğumuza cavab olaraq onu da bildirdi ki, cinayət işinin başlanması təşəbbüsünə kütləvi informasiya vasitələrində dərc olunan məlumatlar, vətəndaşların, Milli Məclisin deputatlarının, hüquq müdafiəçilərinin və vəkillərin hesabatları, o cümlədən rəsmi sənədləri səbəb olub”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!