"Silahlı olmasına baxmayaraq, Azərbaycan əsgəri saxlanılarkən heç bir müqavimət göstərməyib və anladığım qədəri ilə xəsarət alıb".
"Yeni Sabah" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sözləri bu gün parlamentdə Ermənistanın baş naziri Nikol Paşinyan səsləndirib.
O, saxlanılma anını əks etdirən kadrların yayılmamasının səbəbinin məhz bu ola biləcəyini istisna etməyib. Bununla yanaşı, Paşinyan belə bir çəkilişin aparılıb-aparılmadığını dəqiq deyə bilməyib, məsələni aydınlaşdıraraq əlavə məlumat verəcəyini vəd edib. Baş nazir, həmçinin hüquq-mühafizə orqanlarından insanların saxlanılma kadrlarının ictimailəşdirilməsindən çəkinmələrini xahiş edib. pizza mizza
DünyaPaşinyan Ermənistanda saxlanılan azərbaycanlı hərbçi barədə danışdı
"Davamlı olaraq səslənən suallar bunlardır: erməni, türk, azərbaycanlı. Buna nə üçün xüsusi diqqət yetirilir? Bu nə verir? Həmin hadisənin mediada gördüyümüz bütün bu spekulyasiyalarla heç bir əlaqəsi yoxdur. Vəziyyət o yerə çatıb ki, bəzi insanlar bərqərar olunmuş sülhü şübhə altına alırlar, baxmayaraq ki, bu hadisədən əvvəl də belə şübhələr var idi. Həmin şəxslər üçün nəyin, niyə və hansı şəraitdə baş verdiyi heç bir əhəmiyyət kəsb etmir", - deyə Paşinyan əlavə edib.
Xatırladaq ki, oktyabrın 1-də saat 14:15-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nəsimi Musayev Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Naməlum şəraitdə sərhədi keçərək Şəki (Zəngəzur) kəndi istiqamətində əraziyə daxil olan hərbçimiz barəsində ikiaylıq həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız