Ermənistanda şəhərlərimizin adları olan lövhə quraşdırıldı  - Foto
12 Yan 2021 15:31
386

Ermənistanda şəhərlərimizin adları olan lövhə quraşdırıldı - Foto

Ermənistanın Tavuş vilayətinin Aygepar kəndi yaxınlığında Azərbaycanın Şəmkir, Gəncə və Bakı şəhərlərinə olan məsafənin qeyd olunduğu yol lövhəsi quraşdırılıb.

Yenisabah.az xəbər verir ki, bununla bağlı şəkil teleqramın Ermənistan seqmentində yayılıb.

Erməni istifadəçilər şəkli “Yeni reallıq” başlığı ilə paylaşıblar.

Lövhəyə eyni zamanda Azərbaycan istiqamətində yolun bağlı olduğunu, girişin qadağan edildiyini göstərən yol nişanı vurulub.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər