Ermənistanda Türkiyə ilə birgə biznes-forum keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda Türkiyə ilə birgə biznes-forum keçiriləcək

Dünya

01 Sentyabr 2026 00:35 113


Yayda Qarsda çox uğurlu biznes-forum keçirilib və bu forumda Ermənistan tərəfi geniş tərkibdə təmsil olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.

"Türkiyə tərəfinin təklifi və bizim razılığımızla növbəti biznes-forumun Ermənistanda keçirilməsini planlaşdırırıq", - o qeyd edib. pizza mizza

Mirzoyan əlavə edib ki, tədbir oktyabrın əvvəlində baş tutacaq.

Xatırladaq ki, cari ilin iyun ayında Qarsda Türkiyə və Ermənistanın işgüzar dairələrinin nümayəndələrinin "B2B" formatında görüşü keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!